​Azərbaycanda sentyabrda icbari sığorta üzrə avtomobil sahiblərinə 2,2 mln. manat ödənilib

​Azərbaycanda sentyabrda icbari sığorta üzrə avtomobil sahiblərinə 2,2 mln. manat ödənilib Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin sentyabr ayında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə İ...
Maliyyə
3 Oktyabr , 2014 15:40
​Azərbaycanda sentyabrda icbari sığorta üzrə avtomobil sahiblərinə 2,2 mln. manat ödənilib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin sentyabr ayında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri tərəfindən 1 816 sığorta tələbi üzrə 2,187 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Bu barədə “Report”a İSB-dən məlumat verilib.

Ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olub:

Bu ilin yanvar-sentyabr ayları ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə İSB-nin iştirakçısı olan sığorta şirkətləri tərəfindən ümumilikdə 19,4 mln. manat sığorta ödənişi həyata keçirilib.

Cari ilin yanvar-sentyabr ayları ərzində İSB tərəfindən 56 kompensasiya tələbi üzrə 181,4 min manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

Həmçinin, 2014-cü ilin yanvar-sentyabr ayları ərzində Büronun iştirakçısı olan sığorta şirkətləri tərəfindən 2013-cü il iyulun 20-dən etibarən informasiya sistemi vasitəsi ilə rəsmiləşdirilən daşınmaz əmlakın icbari sığorta müqavilələri üzrə 217 sığorta tələbi qeydiyyata alınıb və 450 min manata yaxın sığorta ödənişi həyata keçirilib. Həyata keçirilən sığorta ödənişlərinin 47%-i yaşayış evləri və mənzillər, 53%-i isə digər daşınmaz əmlakla bağlı olub.

Son xəbərlər

Orphus sistemi