Azərbaycanda RSI indeksi kəskin azalıb

Azərbaycanda RSI indeksi kəskin azalıb Avqust ayında pərakəndə ticarət dövriyyəsi azalıb
Maliyyə
16 Sentyabr , 2014 12:11
Azərbaycanda RSI indeksi kəskin azalıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales İndex – RSI) 2014-cü ilin avqust ayı üzrə 99,9% təşkil edib. Report tərəfindən Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici iyul ayının indeksindən 0,6 faiz bəndi azdır.

RSİ indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) aylıq dinamikasını əks etdirir. Bu ilin avqust ayında ümumi pərakəndə dövriyyəsi 1,756 mlrd. manat, iyulda isə 1,759 mlrd. manat təşkil edib. Göründüyü kimi, indeks azalaraq 100%-dən bir qədər aşağı olub. İndeksin 100%-dən aşağı olması avqust ayında pərakəndə ticarətin həcminin iyul ilə müqayisədə azaldığını göstərir. Lakin bu azalma, göründüyü kimi, çox kiçik olub və demək olar ki, avqust və iyul aylarında ticarətin həcmi eyni həcmdə olub.

Qeyd edək ki, avqustda müşahidə olunan pərakəndə ticarət dövriyyəsinin həcmi 8 ayın orta göstəricisindən 3,3% çoxdur. Ümumilikdə, yanvar-avqust ayları ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi 13,599 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 9,3% çoxdur. Pərakəndə ticarət dövriyyəsinin artması makroiqtisadi baxımdan müsbət göstəricidir, çünki əhalinin istehlak mallarına olan tələbatını ödəmək qabiliyyətinin artmasından xəbər verir. Lakin aydındır ki, bu, əhalinin gəlirlərinin artması fonunda baş verdikdə müsbət göstərici hesab oluna bilər, çünki əks halda bu artım yığımların xərclənməsi hesabına baş verir. Bizim halda gəlirlərin illik artımı müşahidə olunur. Belə ki, gəlirlərin artım tempi 5,1% təşkil edib. Gəlirlərin artım tempinin malların alınmasına yönəldilən xərclərin artım tempindən aşağı olması isə təhlükəli deyil, çünki mütləq göstəricidə gəlirlərin biraylıq artımı təxminən iki aylıq pərakəndə ticarət dövriyyəsinə bərabər olub.

Son xəbərlər

Orphus sistemi