Azərbaycanda IPI indeksinin azalması davam edir

Azərbaycanda IPI indeksinin azalması davam edir İndeks 90,6%-ə düşüb
Maliyyə
17 Oktyabr , 2014 06:35
Azərbaycanda IPI indeksinin azalması davam edir

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production İndex – IPI) 2014-cü ilin sentyabr ayında 90,6% təşkil edib. “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks avqust ayı ilə müqayisədə 3,5 faiz bəndi azalıb:

Göründüyü kimi, indeks azalıb və hələ də 100%-dən aşağı səviyyədə qalıb ki, bu da aylıq müqayisədə istehsalatda azalmadan xəbər verir. Belə ki, sentyabr ayında istehsal edilmiş məhsulun dəyəri 2,946 mlrd. manat, avqustda isə 3,252 mlrd. manat təşkil edib.

Ümumilikdə, cədvəldən aydın olur ki, istehsalın aylıq dinamikasında böyük dəyişkənlik müşahidə olunur, bu isə ölkə sənayəsində davamlı inkişaf dinamikasının olmadığını göstərir. 

Son xəbərlər

Orphus sistemi