AzTV auditor seçir

AzTV auditor seçir “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC 2020-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının illik auditi üçün kotirovka sorğusu elan edib
Maliyyə
14 Aprel , 2021 09:00
AzTV auditor seçir

“Azərbaycan Televiziya və Radio Verlişləri” QSC (AzTV) 2020-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının illik auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini aprelin 19-u, saat 18:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Mehdi Hüseyn küçəsi, 1 ünvanına təqdim edə bilərlər. Telefon: (012) 537-02-00.

Təkliflərə aprelin 20-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi