“Aztelekom” EBRD ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

“Aztelekom” EBRD ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndələri arasında virtual görüş keçirilib.
Maliyyə
17 İyun , 2020 17:38
“Aztelekom” EBRD ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndələri arasında virtual görüş keçirilib.

Bu barədə “Report”a qurumdan məlumat verilib.

Bildirilir ki, videokonfransın təşkilində əsas məqsəd Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC və EBRD arasında gələcək əməkdaşlıq imkanlarını müzakirə edərək müvafiq istiqamətlər üzrə fikir mübadiləsi aparmaq olub.

Qeyd edək ki, videotədbirə Azərbaycan tərəfi ilə yanaşı, EBRD-in Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone, Qafqaz üzrə regional direktoru Katarina Bjorlin Hansen, direktor Dino Şiatis, İKT üzrə direktor Dirk Uerner, Azərbaycandakı Daimi Nümayəndəliyinin başçısı İvana Fernandes Duarte, baş bankir Asif Mahmudov, aparıcı bankir Real Hacıyev, bankir Antonia Maier və hüquqşünas Paul Moffa qatılıblar.

Son xəbərlər

Orphus sistemi