“Azsığorta” zərərdən mənfəətə keçib
- 29 mart, 2024
- 05:05
“Azsığorta” ASC 2023-cü ili 1,582 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2022-ci ildən 2,001 milyon manat xalis zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “Azsığorta”nın gəlirləri 20,342 milyon manat (əvvəlki ilə nisbətən 40 % çox), xərcləri 18,364 milyon manat (7,7 % çox), mənfəət vergisi ödəmələri isə 395 min manat (əvvəlki il qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə “Azsığorta”nın aktivləri 29,941 milyon manat olub ki, bu da illik müqayisədə 13,4 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 32,7 % azalaraq 12,802 milyon manata düşüb, balans kapitalı isə 10,2 % artaraq 17,139 milyon manata çatıb.
Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,007 milyon manatdır. Şirkətin səhmləri 100 % Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64 %-lik, "Bank of Baku" ASC-nin isə 31,11 %-lik səhmdarı) məxsusdur.