"Azsığorta"nın yığımları 35% azalıb

"Azsığorta"nın yığımları 35% azalıb Hesabat dövründə şirkətin ödənişləri isə cüzi artıb
Maliyyə
16 Sentyabr , 2016 17:46
Azsığortanın yığımları 35% azalıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında "Azsığorta" ASC-nin yığımları 14 665 597 manat təşkil edib. 

Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,81% azdır.

Hesabat dövründə "Azsığorta"nın ödənişləri isə cüzi artıb. Belə ki, şirkət 8 ay ərzində 4 939 122 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 0,28% çoxdur.

Bu ilin yanvar-avqust aylarında "Azsığorta" topladığı hər 100 manat sığorta haqqının 33,68 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-avqustunda 21,89% olub.

Xatırladaq ki, "Azsığorta" şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 20,3 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 203 000 manat olan 100 səhm əsasında formalaşıb. Səhmlər 100% Hikmət Abuzər oğlu İsmayılova ("Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi