“Azsığorta”nın xalis mənfəəti 7 % artıb
- 19 mart, 2025
- 17:03
“Azsığorta” ASC 2024-cü ili 1,694 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 7,1 % çoxdur.
Ötən il “Azsığorta”nın gəlirləri 13,033 milyon manat (əvvəlki ilə nisbətən 35,9 % az), xərcləri 10,874 milyon manat (40,8 % az), mənfəət vergisi ödəmələri isə 466 min manat (17,8 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Azsığorta”nın aktivləri 30,7 milyon manat olub ki, bu da illik müqayisədə 2,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 7,3 % azalaraq 11,868 milyon manata düşüb, balans kapitalı isə 9,9 % artaraq 18,832 milyon manata çatıb.
Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,007 milyon manatdır. Şirkətin səhmləri 100 % Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64 %-lik, "Bank of Baku" ASC-nin isə 31,11 %-lik səhmdarı) məxsusdur.