“Azsığorta”nın xalis mənfəəti 2 dəfədən çox artıb

“Azsığorta”nın xalis mənfəəti 2 dəfədən çox artıb Şirkət 2020-ci ili 1,857 milyon manat xalis mənfəətlə başa vurub
Maliyyə
31 Mart , 2021 10:09
“Azsığorta”nın xalis mənfəəti 2 dəfədən çox artıb

“Azsığorta” ASC 2020-ci ili 1,857 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2,4 dəfə çoxdur.

Ötən il “Azsığorta”nın gəlirləri 21,98 milyon manat (illik müqayisədə 14,6% çox), xərcləri 19,658 milyon manat (7,9% çox), mənfəət vergisi ödəmələri isə 464 min manat (2,4 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azsığorta”nın aktivləri 64,246 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,3% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 34,1% artaraq 31,086 milyon manata çatıb, balans kapitalı isə 5,4% azalaraq 33,16 milyon manata düşüb.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi