​“AzRe Təkrarsığorta” şirkətinə beynəlxalq kredit reytinqi verilib

​“AzRe Təkrarsığorta” şirkətinə beynəlxalq kredit reytinqi verilib Bu, Azərbaycan maliyyə bazarının ən yüksək reytinq dərəcəsidir
Maliyyə
31 Oktyabr , 2014 10:11
​“AzRe Təkrarsığorta” şirkətinə beynəlxalq kredit reytinqi verilib
Bakı. 31 oktyabr. REPORT.AZ/ "AM Best Rating" beynəlxalq agentliyi Azərbaycanın “AzRe Təkrarsığorta” ASC-yə beynəlxalq reytinq təqdim edib. Bu barədə "Report"a Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.

Məlumata görə, 2007-ci ildən etibarən Azərbaycan sığorta bazarında fəaliyyət göstərən və ölkənin yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC-nin maliyyə sabitliyi “B+”, kredit reytinqi isə “BBB-” səviyyəsində təsdiqlənib. Reytinq dərəcəsi "AM Best"in istifadə etdiyi və özündə müxtəlif meyarları ehtiva edən “Best's Credit Rating Methodology”nin qaydalarına uyğun müəyyən olunub.

"AM Best"in açıqlamasına görə, “AzRe Təkrarsığorta”nın yüksək reytinqi onun yerli sığorta bazarında etibarlı təkrarsığortaçı nüfuzunu, yüksək kapitallaşma səviyyəsini, həmçinin, güclü və stabil maliyyə və anderraytinq göstəricilərini əks etdirir.

Xatırladırıq ki, “AzRe Təkrarsığorta” ASC-yə verilən bu reytinq dərəcəsi Azərbaycan maliyyə bazarında ən yüksək reytinqdir. Reytinqin alınması şirkətin daha çox ölkələrdən və daha keyfiyyətli riskləri qəbul etməsinə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi