Yanvarın 30-da, saat 10:00-da “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, 6 ("Bridge Plaza" iş mərkəzi) ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "AzRe Təkrarsığorta"nın 2020-ci ildəki fəaliyyəti ilə bağlı ilkin maliyyə hesabatlarının müzakirə edilməsi, cəmiyyətin keçmiş illər üzrə bölüşdürülməmiş mənfəəti hesabına səhmdarlara dividend ödənilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin isə 90%-lik, "Azər-Türk Bank" ASC-nin isə 6,55%-lik səhmdarıdır.