“AzRe Təkrarsığorta”nın xalis mənfəəti kəskin artıb

Maliyyə
  • 31 mart, 2022
  • 12:29
“AzRe Təkrarsığorta”nın xalis mənfəəti kəskin artıb

“AzRe Təkrarsığorta” ASC 2021-ci ili 2,83 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 18,3 dəfə çoxdur.

Ötən il “AzRe Təkrarsığorta”nın gəlirləri 62,933 milyon manat (əvvəlki ilə nisbətən 29,6% çox), xərcləri 59,416 milyon manat (23,75% çox), mənfəət vergisi ödəmələri isə 687 min manat (73,05% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “AzRe Təkrarsığorta”nın aktivləri 99,77 milyon manat olub ki, bu da illik müqayisədə 22,3% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 39,5% azalaraq 35,936 milyon manata, balans kapitalı isə 7,6% azalaraq 63,835 milyon manata düşüb.

Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin isə 90%-lik səhmdarıdır.

44 filmi