“AzRe Təkrarsığorta”nın xalis mənfəəti 25 % artıb

Maliyyə
  • 08 aprel, 2025
  • 13:47
“AzRe Təkrarsığorta”nın xalis mənfəəti 25 % artıb

“AzRe Təkrarsığorta” ASC 2024-cü ili 24,242 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 25 % çoxdur.

Ötən il “AzRe Təkrarsığorta”nın gəlirləri 86,702 milyon manat (əvvəlki ilə nisbətən 29,2 % az), xərcləri 58,396 milyon manat (41,3 % çox), mənfəət vergisi ödəmələri isə 4,063 milyon manat (12,8 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “AzRe Təkrarsığorta”nın aktivləri 168,447 milyon manat olub ki, bu da illik müqayisədə 24,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 66,05 % artaraq 77,567 milyon manata, balans kapitalı isə 2,4 % artaraq 90,88 milyon manata çatıb.

Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin isə 50%-lik səhmdarıdır.