"Azpul" BOKT ötən ili mənfəətlə başa vurub
- 08 iyun, 2023
- 06:48
"Azpul" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 3,541 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2021-ci ildən 74 min manat zərərlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il "Azpul"un vergiyəqədərki mənfəəti 4,426 milyon manat (əvvəlki il zərər olub), mənfəəət vergisi ödəmələri isə 885 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.
Bu il yanvarın 1-nə "Azpul"un aktivləri 9,357 milyon manat olub ki, bu da illik müqayisədə 5,85 dəfə çoxdur. Bunun 7,469 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 7,4 dəfə böyüyüb.
Hesabat dövründə "Azpul"un öhdəlikləri 3,8 dəfə artaraq 5,747 milyon manata, balans kapitalı isə 51,6 dəfə artaraq 3,61 milyon manata çatıb.
Xatırladaq ki, "Azpul" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçisi Rusiya vətəndaşı Radostovets Vladimir Nikolayeviçdir.