Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin rəhbər və aparıcı mütəxəssisləri üçün "Maliyyə uçotu, təhlil, budcə və xərclərin idarə edilməsi" və "Fəaliyyətin səmərəliliyinin idarə edilməsi" mövzularında təlim-seminarlar keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib. Təlimlər "Ernst & Young" şirkətinin Moskva Biznes Akademiyasından dəvət olunmuş Amerika Maliyyə İdarəetməsi Akademiyasının üzvü, təlimçi-məsləhətçi Viktor Şitulin və korporativ idarəetmə sahəsində geniş təcrübəyə sahib baş təlimçi-məsləhətçi Tatyana Vasilyeva tərəfindən keçirilib. Təlimlərdə iştirakçılara maliyyə, idarəetmə və vergi uçotunun aparılması qaydaları, əsas maliyyə-iqtisadi hesabatların hazırlanması və təhlili, büdcə, strategiya və onun effektivliyi, səmərəliliyin əsas göstəricilərinin tərtib edilməsi və onlara nəzarət, biznes proseslərin təhlili, səriştələrin idarə edilməsi, maya dəyərinin proseslər üzrə hesablanması, idarə edilməsi və gəlirin artırılması yolları barədə məlumat verilib, praktiki problemlər müzakirə edilib. Təlimlərin sonunda 12 iştirakçıya "Ernst & Young" şirkətinin sertifikatları təqdim olunub.
"Azneft" İstehsalat Birliyində "Ernst & Young" təlim keçirib
"Azneft" İstehsalat Birliyində "Ernst & Young" təlim keçirib Təlim maliyyə uçotu, xərclərin idarə edilməsi və fəaliyyətin səmərəliliyinin idarə edilməsinə həsr olunub
Maliyyə
25 Noyabr , 2014
18:16
https://static.report.az/photo/5eeaf3dc-deb6-4dcc-9c56-efd46f052b15.jpg
İqtisadiyyat Şöbəsi
Report.az
https://static.report.az/photo/84af329d-9550-317f-a57a-ad41a69fec86_50.jpg
Eksklüziv xəbərlər
Xalid Teymur Əkrəm: Azərbaycan beynəlxalq nüfuzunu gücləndirir
14 Yanvar , 2025
13:36
Talqat Kaliyev: TDT ölkələrinin birgə layihələri təşkilatın beynəlxalq mövqeyini gücləndirir
14 Yanvar , 2025
13:34
Slovakiya Azərbaycanla qaz tədarükü üzrə uzunmüddətli əməkdaşlığı qiymətləndirir
14 Yanvar , 2025
13:20
“TAP AG” hidrogen qarışığının TAP ilə nəqli üçün tədqiqatların növbəti mərhələsinə başlayır
14 Yanvar , 2025
12:48
Türkiyənin yeni səfirinin Azərbaycanda vəzifəsinin icrasına nə vaxt başlayacağı məlum olub
11 Yanvar , 2025
10:27