“AzNar” səhmdarlarına dividend ödəyəcək
Maliyyə
- 05 aprel, 2022
- 05:17
Mayın 27-də, saat 15:00-da Teymur Əhmədov adına “AzNar” QSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin yerləşdiyi Göyçay şəhəri, Natəvan küçəsi, 120 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin 2021-ci il üçün maliyyə hesabatlarının təsdiq edilməsi, səhmdarlara dividend ödənilməsi, QSC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq olunması, cəmiyyətin restrukturizasiyası və yeni təsərrüfar subyektlərinin yaradılması ilə bağlı təşkilati-hüquqi məsələlərin müzakirə edilməsi daxildir.
Xatırladaq ki, "AzNar"2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 30 milyon manatdan bir qədər çoxdur. Müəssisənin əsas səhmdarı Azərbaycan əsilli Rusiyalı iş adamı Fərhad Əhmədovdur.
Son xəbərlər
23:18
Lənkəranda TIR minik maşını ilə toqquşub, ölən və yaralananlar var
Hadisə23:05
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb
Region22:57
"Qəbələ" Elvin Camalovu heyətinə qatdığını açıqlayıb
Futbol22:50
İmişlidə zəlzələ olub
Hadisə22:42
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə22:31
Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq kəsiləcək
Energetika22:27
"Beşiktaş"ın daha bir aparıcı futbolçusu "Marsel"lə oyunu buraxa bilər
Futbol22:24
Azərbaycanda inflyasiya 2031-ci ilə qədər 4,3 %-ə enəcək
Maliyyə22:22