“AzNar” səhmdarlarına dividend ödəyəcək

“AzNar” səhmdarlarına dividend ödəyəcək Noyabrın 6-da, saat 16:00-da Teymur Əmrahov adına “AzNar” QSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Maliyyə
22 Sentyabr , 2020 09:32
 “AzNar” səhmdarlarına dividend ödəyəcək

Noyabrın 6-da, saat 16:00-da Teymur Əhmədov adına “AzNar” QSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin yerləşdiyi Göyçay şəhəri, Natavan küçəsi, 120 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin 2019-cu il üzrə maliyyə hesabatının təsdiq edilməsi, səhmdarlara dividend ödənilməsi, nizamnamə kapitalının nəzərdən keçirilməsi, Direktorlar Şurasının və icra orqanının tərkibinə yenidən baxılması, cəmiyyətin nizamnaməsinin yeni redaksiyasının müzakirə olunması məsələləri daxildir.

Xatırladaq ki, "AzNar"2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 30 milyon manatdan bir qədər çoxdur. Müəssisənin əsas səhmdarı Azərbaycan əsilli Rusiyalı iş adamı Fərhad Əhmədovdur.

 

Son xəbərlər

Orphus sistemi