“Azmikroinvest” BOKT-un xalis mənfəəti 34% azalıb
- 21 aprel, 2022
- 07:48
“Azmikroinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 101 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 34% azdır.
Ötən il “Azmikroinvest”in vergiyəqədərki mənfəəti 126 min manat (əvvəlki ilə nisbətən 34,7% az), mənfəət vergisi ödəmələri isə 25 min manat (37,5% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Azmikroinvest”in aktivləri 1,734 milyon manat olub ki, bu da illik müqayisədə 7,2% çoxdur. Bunun 1,194 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 19,3% kiçilib.
Hesabat dövründə “Azmikroinvest”in öhdəlikləri 3,15 dəfə azalaraq 33 min manata düşüb, balans kapitalı isə 12,4% artaraq 1,701 milyon manata, o cümlədən nizamnamə kapitalı 13,3% artaraq 1,7 milyon manata çatıb.
Xatırladaq ki, “Azmikroinvest” 2014-cü ildə yaradılıb. BOKT-un təsisçisi 100% İlqar Əhmədzadədir.