“Azkredit” BOKT-un xalis mənfəəti 22 % azalıb

Maliyyə
  • 31 may, 2024
  • 05:18
“Azkredit” BOKT-un xalis mənfəəti 22 % azalıb

“Azkredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 1,028 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 22,1 % azdır.

Ötən il “Azkredit”in vergiyəqədərki mənfəəti 1,285 milyon manat (əvvəlki ilə nisbətən 22,2 % az), mənfəət vergisi ödəmələri isə 257 min manat (22,1 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azkredit”in aktivləri 2,063 milyon manat olub ki, bu da illik müqayisədə 9,7 % çoxdur. Bunun 1,867 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 92,1 % böyüyüb.

Hesabat dövründə “Azkredit”in öhdəlikləri 2,6 dəfə artaraq 841 min manata çatıb, balans kapitalı isə 21,4 % azalaraq 1,222 milyon manata düşüb.

Xatırladaq ki, “Azkredit” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un səhmdarı 100 % Qurban Əsgərovdur.