“Azkredit” BOKT-un səhmləri üzrə hərracın tarixi açıqlanıb
Maliyyə
- 18 fevral, 2025
- 12:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fevralın 26-da "Bakı Fond Birjası" QSC-də (BFB) “Azkredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) 300 min manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 3 000 ədəd səhm kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Səhmlərə abunə yazılışı 20-24 fevral tarixlərində olacaq.
Prosesin anderrayteri “İnvest-az İnvestisiya Şirkəti” QSC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, BOKT-un nizamnamə kapitalı 2 dəfə artaraq 300 min manatdan 600 min manata çatacaq.
Xatırladaq ki, “Azkredit” 2019-cu ildə yaradılıb. BOKT-un səhmdarı 100 % Mahir Məmmədovdur.
Son xəbərlər
18:42
Serbiyanın NIS şirkəti ABŞ-dən lisenziya müddətini uzatmağı xahiş edib
Digər ölkələr
18:32
Türkiyədə avtomobil su kanalına aşıb, 6 nəfər ölüb
Region
18:30
Foto
EHF Avropa Kuboku: "Kür" komandası mübarizəni dayandırıb
Komanda
18:29
Foto
"Fars": Hörmüzdə neft tankerində partlayış baş verib
Region
18:25
Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib
Futbol
18:17
"Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır
Digər ölkələr
18:06
Monqolustan Prezidenti ilk dəfə Belarusa səfər edəcək
Region
18:02
Latviya ərazisində PUA qalıqları aşkarlanıb
Digər ölkələr
17:45
Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb
Sənaye