“AzInTelecom” 5 milyon manatlıq 2 tenderə yekun vurub

“AzInTelecom” 5 milyon manatlıq 2 tenderə yekun vurub Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC "Hökümət buludu" layihəsi çərçivəsində müəssisə tipli yaddaş avadanlıqlarının (1), həmçinin yaradılmış infrastruktur üçün yaddaş tipli "Vsan" və "Backup" serverlərinin, şəbəkə avadanlıqlar
Maliyyə
31 avqust 2022 11:29
“AzInTelecom” 5 milyon manatlıq 2 tenderə yekun vurub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC "Hökümət buludu" layihəsi çərçivəsində müəssisə tipli yaddaş avadanlıqlarının (1), həmçinin yaradılmış infrastruktur üçün yaddaş tipli "Vsan" və "Backup" serverlərinin, şəbəkə avadanlıqlarının (2) satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Farah İnnovations" və "İnfinitech" MMC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 1,495 milyon manat və 3,658 milyon manat, ümumilikdə isə 5,153 milyon manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi