"Azfinans" BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 20 may, 2024
  • 12:51
Azfinans BOKT maliyyə vəziyyətini açıqlayıb

"Azfinans" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 1,9 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2022-ci ildən 3,4 min manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il, "Azfinans"ın vergiyəqədərki mənfəəti 2,4 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 0,5 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə "AzFinans"ın aktivləri 389 min manat olub ki, bu da illik müqayisədə 4 % çoxdur. Bunun 373 min manat müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 16,6 % böyüyüb.

Hesabat dövründə "Azfinans"ın öhdəlikləri 14,3 % artaraq 88 min manata, balans kapitalı isə 1,3 % artaraq 301 min manata çatıb.

Xatırladaq ki, "Azfinans" BOKT 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.