"Azfinance İnvestisiya Şirkəti"nin xalis mənfəəti 3 dəfə artıb
- 31 may, 2022
- 13:39
"Azfinance İnvestisiya Şirkəti" ASC 2021-ci ili 870 min manat xalis mənfəətlə başa vurub.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 2,8 dəfə çoxdur.
Ötən il " Azfinance"ın vergiyəqədərki mənfəəti 1,06 milyon manat (əvvəlki illə müqayisədə 2,3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 189 min manat (21,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə " Azfinance"ın aktivləri 5,052 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 9,2 dəfə artaraq 2,055 milyon manata, balans kapitalı isə 34,5 % artaraq 2,996 milyon manata çatıb.
Xatırladaq ki, “Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır. İnvestisiya şirkətinin səhmlərinin 84,97%-I Abid Mamedova (Müşahidə Şurasının sədri), 15,03%-I isə İntiqam Səfərəliyevə (direktor) məxsusdur.