Azərbaycanın investisiya şirkətinin istiqrazları listinqə daxil edilib
- 06 iyul, 2023
- 09:01
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “AzFinance İnvestisiya Şirkəti” QSC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
“Report” bu barədə BFB-yə istinadən xəbər verir.
Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 1 000 ədəd, yəni 1 milyon dollarlıq diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Onların yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək, hərrac tarixi 2 gün əvvəlcədən BFB-nin internet səhifəsində açıqlanacaq.
Qiymətli kağızlar 1 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi və faizlərin ödənilməsinin tezliyi hərracın gedişində müəyyən ediləcək. Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.