"Azexport.az" portalına daxil olan ixrac sifarişləri 8% artıb

"Azexport.az" portalına daxil olan ixrac sifarişləri 8% artıb Bakı. 27 dekabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azexport.az portalına 479 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Maliyyə
27 Dekabr , 2018 15:33
Azexport.az portalına daxil olan ixrac sifarişləri 8% artıb
0 : 00
0 : 00

Bakı. 27 dekabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-noyabr ayları ərzində "Azexport.az" portalına 479 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

“Report” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin dekabr sayına istinadən xəbər verir ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-noyabr aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 8 faiz artıb. Bu ilin noyabr ayı ərzində isə Azexport.az portalına daxil olan sifarişlərin dəyəri 46 milyon ABŞ dolları təşkil edib.

2018-ci ilin 11 ayında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (17,4%), ABŞ (8,5%), Türkiyə (5,5%), Ukrayna (4,4%) və Hindistan (4,4%) qərarlaşıb.

Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, bu ilin noyabr ayında ən çox ixrac sifarişi xiyar, pomidor, soğan, yerkökü, fındıq, pambıq, pampıq yağı, bal, şərab, tütün, nar şirəsi, göbələk, nar, kartof, yun, çay, ipək xalça, konservləşdirilmiş tərəvəzlər, mühərrik yağı, kərə yağı, tikinti materialları, mebel dəsti, metal məhsullar, şokoladlı yağ, zəfəran, meyvə şirəsi, xurma qurusu, kələm, feyxoa cemi, tibbi tənzif, mineral su və s. mallara daxil olub.

Ümumilikdə isə, 2017-ci ilin yanvar ayından 2018-ci ilin 30 noyabr tarixinə kimi (23 ay ərzində) Azexport.az portalına dünyanın 111 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 954 milyon ABŞ dolları təşkil edib.

“İxrac İcmalı”nın dekabr sayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib. Qeyd edilib ki, bu ilin noyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə dekabr ayında həyata keçirilən ixracın dəyəri isə 11 milyon ABŞ dolları olub (27 dekabr tarixinədək olan statistikaya əsasən). Sertifikat verilən məhsullar Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan, Polşa, İran, Almaniya, Ukrayna, Səudiyyə Ərəbistanı, Yaponiya, İsrail, ABŞ, İspaniya, Çin, Avstraliya və Qətər daxil olmaqla dünyanın müxtəlif ölkələrinə ixrac olunub. Hazırda ölkənin qeyri-neft ixracının 10%-nin sənədləşdirilməsi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi