“AzesteelCompany"nin istiqrazları listinqə daxil edilib
- 06 oktyabr, 2022
- 05:29
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “AzesteelCompany" ASC-nin 1,5 milyon manatlıq istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
"Report" Birjaya istinadən xəbər verir ki, istiqrazlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək.
Hərracın tarixi azı 2 iş günü əvvəlcədən BFB-nin internet səhifəsində açıqlanacaq.
Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 1 500 ədəd, yəni 1,5 milyon manatlıq faizli, təmin edilmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 10 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.