“Azəryaşlandşaft” zərərini 10 dəfə azaldıb

Maliyyə
  • 03 oktyabr, 2023
  • 05:26
“Azəryaşlandşaft” zərərini 10 dəfə azaldıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC (“Azəryaşlandşaft”) 2022-ci ili 371 min manat xalis zərərlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 9,9 dəfə azdır.

Ötən il “Azəryaşlandşaft”ın gəlirləri 7,227 milyon manat (əvvəlki ilə nisbətən 12,5 % çox), o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri 7,038 milyon manat (9,5 % çox), birja əməliyyatlarından gəlirləri 188 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Hesabat dövründə “Azəryaşlandşaft”ın xərcləri isə 7,598 milyon manat (24,7 % az), o cümlədən sərf etdiyi materialların dəyəri 2,115 milyon manat (4,7 dəfə çox), əmək haqqı və işçilərlə bağlı digər xərcləri 5,038 milyon manat (9,4 % çox), amortizasiya və köhnəlmə xərcləri 410 min manat (9 dəfə az), sair əməliyyat xərcləri isə 34 min manat (97,4 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azəryaşlandşaft”ın aktivləri 53,476 milyon manat olub ki, bu da illik müqayisədə 16,2 % azdır. Hesabat dövründə səhmdar cəmiyyətin öhdəlikləri 100 % azalıb, balans kapitalı isə 16,2 % azalaraq 53,476 milyon manata düşüb.

Xatırladaq ki, “Azəryaşlandşaft” ölkə Prezidentinin 13 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsis edilib. Onun nizamnamə kapitalı 4 milyon manatdır. Səhmdar cəmiyyəti qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının mühafizə zolaqlarından kənarda yerli bitmə şəraitinə uyğun və introduksiya olunmuş ağac və kol bitkilərindən istifadə etməklə yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, salınmış yaşıllıqların mühafizəsi ilə bağlı tədbirləri həyata keçirir.

Son xəbərlər

Bütün Xəbər Lenti