“Azəryaşlandşaft” auditor seçir

“Azəryaşlandşaft” auditor seçir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC (“Azəryaşlandşaft” ASC) 2023-cü il maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi
Maliyyə
30 May , 2024 11:02
“Azəryaşlandşaft” auditor seçir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC (“Azəryaşlandşaft” ASC) 2023-cü il maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 19 manatdır.

İddiaçılar təkliflərini iyunun 13-nə qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 61 ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyunun 13-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi