"Azər-Türk Bank" 10 tələbənin təhsil haqqını ödəyəcək

"Azər-Türk Bank" 10 tələbənin təhsil haqqını ödəyəcək Bank müştəriləri bayramlarda təbrik üçün nəzərdə tutulmuş vəsaiti bundan sonra sosial layihələrə yönəldəcək
Maliyyə
14 Mart , 2017 17:00
Azər-Türk Bank 10 tələbənin təhsil haqqını ödəyəcək

Bakı. 14 mart. REPORT.AZ/ Hər il Novruz bayramında korporativ müştərilərini hədiyyələrlə təbrik edən "Azər-Türk Bank" ASC bu il ənənəni pozub. Bank rəhbərliyinin qərarı ilə müştərilərə Novruz bayramı hədiyyəsi üçün nəzərdə tutulmuş büdcə hesabına müxtəlif universitetlərin SABAH qruplarında oxuyan, tədrisdə yüksək nəticələr əldə etmiş 10 nəfər tələbənin bir illik təhsil haqqı ödəniləcək.

"Report" bu barədə Banka istinadən xəbər verir.

"Azər-Türk Bank" bu istiqamətdə işləri gələcəkdə də davam etdirəcək, o cümlədən müştəriləri bayramlarda təbrik üçün nəzərdə tutulmuş vəsaiti bundan sonra sosial layihələrin gerçəkləşdirilməsinə yönəldəcək.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi