AZƏRTAC-ın xalis mənfəəti kəskin artıb

AZƏRTAC-ın xalis mənfəəti kəskin artıb Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) cəmi aktivləri bu il yanvarın 1-nə 9,362 milyon manat təşkil edib.
Maliyyə
141
23 İyul , 2019 15:00
AZƏRTAC-ın xalis mənfəəti kəskin artıb

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) cəmi aktivləri bu il yanvarın 1-nə 9,362 milyon manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,8 dəfə çoxdur.

Hesabat dövründə AZƏRTAC-ın 11 min manatlıq cəmi öhdəlikləri formalaşıb, cəmi kapitalı isə 3,8 dəfə artaraq 9,351 milyon manata çatıb.

2018-ci ildə AZƏRTAC-ın gəlirləri 2017-ci ilə nisbətən 34,9% artaraq 11,011 milyon manat, o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri 42,75% artaraq 10,947 milyon manat, birja əməliyyatlarından gəlirləri 87% azalaraq 64 min manat olub. Ötən il qurumun xərcləri isə 1,6% azalaraq 7,597 milyon manat, o cümlədən əməkhaqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 77,6% artaraq 5,858 milyon manat, sərf edilmiş material ehtiyatları üzrə xərcləri 46,1% artaraq 260 min manat, amortizasiya xərcləri 29,9% artaraq 447 min manat, sair əməliyyat xərcləri isə 69,7% azalaraq 1,033 milyon manat təşkil edib. Agentliyin 2017-ci ilin yekununda 19 min manatlıq kapitalı çatışmazlığı isə 2018-ci ilin yekununda 6,914 milyon manatlıq kapital ehtiyatları ilə əvəz olunub.

Son nəticədə AZƏRTAC ötən ili 10,328 milyon manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 24,5 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi