“Azərsun Holdinq” ötən il 28 milyon manatdan çox xalis mənfəət əldə edib
- 22 noyabr, 2022
- 08:15
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərsun Holdinq” MMC 2021-ci ili 28,291 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətlər qrupunun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 2,6 dəfə azdır.
Ötən il “Azərsun Holdinq”in satışdan gəlirləri 1 522,413 milyon manat (illik müqayisədə 59 % çox), satşının maya dəyəri 1 147,052 milyon manat (72,5 % çox), satış və paylama xərcləri 99,386 milyon manat (39,6% çox), inzibati və ümumi xərcləri 238,084 milyon manat (72,5 % çox), maliyyə xərcləri 9,349 milyon manat (13,9 % az), asılı müəssisəyə investisiyadan zərəri 428 min manat (əvvəlki il gəlir olub), məzənnə fərqindən zərəri 597 min manat (2,5 dəfə az), digər gəlirləri 24,94 milyon manat (77,6% çox), törəmə müəssisələrinin silinməsi üzrə xərcləri 18 min manat (əvvəlki il olmayıb), qudvilin dəyərsizləşməsi üzrə zərəri 38 min manat (10,1 dəfə az), mənfəət vergisi ödəmələri 24,33 milyon manat (17,5% çox), təxirə salınmış vergi xərcləri isə 219 min manat (6,2 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərsun Holdinq”in aktivləri 1 028,467 milyon manat olub ki, bu da illik müqayisədə 25,2 % çoxdur. Hesabat dövründə şirkətlər qrupunun öhdəlikləri 64,5 % artaraq 632,545 milyon manata çatıb, balans kapitalı isə 9,4% azalaraq 395,922 milyon manata düşüb.