“Azərsun Holdinq” maliyyə vəziyyətini açıqlayıb
- 07 iyul, 2025
- 10:37
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərsun Holdinq” MMC 2024-cü ili 43,824 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətlər qrupunun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 24,8 % azdır.
Ötən il “Azərsun Holdinq”in satışdan gəlirləri 1 milyard 661,386 milyon manat (əvvəlki ilə nisbətən 8,3 % az), satışının maya dəyəri 1 milyard 213,954 milyon manat (9,9 % az), satış və paylama xərcləri 107,802 milyon manat (15,3 % çox), inzibati və ümumi xərcləri 296,631 milyon manat (8,7 % az), maliyyə xərcləri 18,346 milyon manat (18,3 % az), asılı müəssisəyə investisiyadan zərəri 250 min manat (2,1 dəfə çox), məzənnə fərqindən zərəri 2,944 milyon manat (10,5 % az), digər gəlirləri 52,619 milyon manat (22,5 % az), törəmə müəssisələrin satışından zərəri 245 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri 27,788 milyon manat (4,7 % az), təxirə salınmış vergi ödəmələri isə 2,219 milyon manat (əvvəlki il qənaət olub) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərsun Holdinq”in aktivləri 1 milyard 291,1 milyon manat olub ki, bu da illik müqayisədə 13,8 % çoxdur. Hesabat dövründə şirkətlər qrupunun öhdəlikləri 40 % artaraq 606,304 milyon manata, balans kapitalı isə 7,4 % artaraq 684,796 milyon manata çatıb.
Xatırladaq ki, “Azərsun Holdinq” 2000-ci ildə yaradılıb. Onun nizamznamə kapitalı 127,626 milyon manatdır.