“Azərsun Holdinq” maliyyə vəziyyətini açıqlayıb
- 04 iyul, 2024
- 07:36
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərsun Holdinq” MMC 2023-cü ili 58,312 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətlər qrupunun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 3,8 dəfə çoxdur.
Ötən il “Azərsun Holdinq”in satışdan gəlirləri 1 milyard 810,868 milyon manat (əvvəlki ilə nisbətən 0,8 % az), satışının maya dəyəri 1 milyard 347,679 milyon manat (0,9 % az), satış və paylama xərcləri 93,476 milyon manat (6,6 % az), inzibati və ümumi xərcləri 324,87 milyon manat (8,8 % çox), maliyyə xərcləri 22,456 milyon manat (6,3 % az), asılı müəssisəyə investisiyadan zərəri 121 min manat (8 % çox), məzənnə fərqindən zərəri 3,289 milyon manat (50,3 % çox), digər gəlirləri 67,932 milyon manat (25,5 dəfə çox), mənfəət vergisi ödəmələri 29,171 milyon manat (35,4 % çox), təxirə salınmış vergi ödəmələri isə 574 min manat (10,9 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərsun Holdinq”in aktivləri 1 milyard 71,601 milyon manat olub ki, bu da illik müqayisədə 7,9 % azdır. Hesabat dövründə şirkətlər qrupunun öhdəlikləri 41,9 % azalaraq 433,836 milyon manata düşüb, balans kapitalı isə 53 % artaraq 637,764 milyon manata çatıb.
Xatırladaq ki, “Azərsun Holdinq” 2000-ci ildə yaradılıb. Onun nizamznamə kapitalı 127,626 milyon manatdır.