“Azersun Holding”in xalis mənfəəti 2 dəfəyə yaxın azalıb

“Azersun Holding”in xalis mənfəəti 2 dəfəyə yaxın azalıb Bakı. 24 iyul. REPORT.AZ/ “Azersun Holding” MMC 2017-ci ildə 27,106 mln. manat xalis mənfəət əldə edib. Beləliklə, şirkətin xalis mənfəəti illik müqayisədə 42% azalıb.
Maliyyə
24 İyul , 2018 10:33
“Azersun Holding”in xalis mənfəəti 2 dəfəyə yaxın azalıb
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ “Azersun Holding” MMC 2017-ci ildə 27,106 mln. manat xalis mənfəət əldə edib. Beləliklə, şirkətin xalis mənfəəti illik müqayisədə 42% azalıb.

“Report” bu barədə “Azersun Holding” MMC və onun törəmə müəssisələrinin konsolidə edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir.

Bildirək ki, şirkətin vergidən əvvəlki mənfəəti 39,166 mln. manat olub.

Hesabata əsasən şirkətin cəmi öhdəlikləri illik müqayisədə 7% artaraq 389,026 mln. manata çatıb. Bunun da 93,960 mln. manatını uzunmüddətli, 295, 066 mln. manatını cari öhədlikləri əhatə edib. 2018-ci il yanvarın 1-nə şirkətin cəmi kapitalı 257, 075 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi