“Azərsığorta” Vətən müharibəsi ilə bağlı 4 mindən artıq şəxsə ödəniş edib

“Azərsığorta” Vətən müharibəsi ilə bağlı 4 mindən artıq şəxsə ödəniş edib Prosesin kompleks və ardıcıl idarə olunması üçün AMB-də işçi qrupu yaradılıb.
Maliyyə
22 Dekabr , 2020 12:44
“Azərsığorta” Vətən müharibəsi ilə bağlı 4 mindən artıq şəxsə ödəniş edib

Qarabağda intensiv hərbi əməliyyatların başlanmasından etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) şəhid olan və müxtəlif dərəcəli xəsarət alan hərbi qulluqçulara (və ya onların vərəsələrinə) sığorta ödənişlərinin operativ ödənilməsinin təmin olunması məqsədilə müvafiq dövlət qurumları - Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlığa başlayıb. Prosesin kompleks və ardıcıl idarə olunması üçün AMB-də işçi qrupu yaradılıb.

“Report” xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, əməkdaşlıq şəraitində Ədliyyə Nazirliyinin şəhid olmuş hərbi qulluqçuların vərəsələrini qısa zamanda etməsi və onlara müvafiq təsdiqedici sənədlərin verilməsi təmin olunur. Eyni zamanda əlilliklə nəticələnən ağır bədən xəsarəti almış hərbi qulluqçulara müvafiq sənədlərin operativ verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edilir.

Şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı nəzərə alınaraq Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") daxili idarəetmə potensialı artırılıb, şirkət gücləndirilmiş iş rejiminə keçib, onun daxili prosesləri müraciətlərin yeni miqyasına uyğunlaşdırılıb, insan resursları artırılıb, təkrarlanan əməliyyatlar avtomatlaşdırılıb. Vətəndaşların fiziki qəbulu üçün müasir standardlara uyğun xidmətlər təşkil edilib, zənglərin qəbulu üçün telefoniya sistemi qurulub. Ödənişlərin operativ əldə edilməsi üçün geniş filial şəbəkəsinə malik olan banklarla hesablaşma əməliyyatlarının aparılması təmin edilib.

Şirkətin bütün rayonları əhatə edən filial şəbəkəsindən istifadə etməklə bütün şəhid ailələri ilə birbaşa əlaqə saxlanılır, sığorta ödənişi və əlaqədar sənədlərin əldə edilməsi ilə bağlı onlara məsləhət və əlaqədar dəstək xidmətləri göstərilir.

18 dekabr 2020-ci il tarixinə "Azərsığorta" 4 138 şəxsə ödəniş edib. Onlardan 751 nəfəri şəhidlərin vərəsələri, 3 387 nəfəri isə xəsarət alanlardır.

Son xəbərlər

Orphus sistemi