“Azərsığorta”nın yığımları 4% artıb

“Azərsığorta”nın yığımları 4% artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
15 Dekabr , 2016 10:04
“Azərsığorta”nın yığımları 4% artıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) yığımları 39 589 160 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,72% çoxdur.

Hesabat dövründə “Azərsığorta”nın ödənişləri də artıb. Belə ki, Şirkət 11 ay ərzində 14 558 624 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 25,22% çoxdur.

2016-cı ilin yanvar-noyabrında “Azərsığorta” topladığı hər 100 manat sığorta haqqının 36,77 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-noyabrında 30,46% olub.

Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir.

Son xəbərlər

Orphus sistemi