“Azərsığorta”nın yığımları 23% azalıb

“Azərsığorta”nın yığımları 23% azalıb Bakı. 17 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta” ) yığımları 5 074 193 mana...
Maliyyə
17 Mart , 2017 10:44
“Azərsığorta”nın yığımları 23% azalıb

Bakı. 17 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta” ) yığımları 5 074 193 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,48% azdır.

Hesabat dövründə “Azərsığorta”nın ödənişləri də azalıb. Belə ki, Şirkət 2 ay ərzində 1 709 357 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 17,01% azdır.

2017-ci ilin yanvar-fevral aylarında “Azərsığorta” topladığı hər 100 manat sığorta haqqının 33,69 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar-fevral aylarında 31,06% olub.

Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir.

Son xəbərlər

Orphus sistemi