“Azərsığorta”nın xalis mənfəəti 4% artıb

“Azərsığorta”nın xalis mənfəəti 4% artıb Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) cəmi aktivləri bu il yanvarın 1-nə 25,545 mln. manat təşkil edib.
Maliyyə
29 Mart , 2018 09:59
“Azərsığorta”nın xalis mənfəəti 4% artıb

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) cəmi aktivləri bu il yanvarın 1-nə 25,545 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 18% azdır.

2017-ci ildə “Azərsığorta”nın cəmi öhdəlikləri 34,7% azalaraq 10,977 mln. manata düşüb, cəmi kapitalı 1,5% artaraq 14,568 mln. manata çatıb.

Ötən il “Azərsığorta”nın gəlirləri 48,834 mln. manat (əvvəlki ilə nisbətən 11,95% az), xərcləri isə 45,201 mln. manat (11,5% az) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 3,633 mln. manat olub ki, bu da illik müqayisədə 16,85% azdır.

2017-ci ildə “Azərsığorta” mənfəət vergisi ödəməyib və ili 3,633 mln. manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 3,95% çoxdur. 

Orphus sistemi