​"Azərqarant Sığorta" ötən ay ödəniş etməyib

​"Azərqarant Sığorta" ötən ay ödəniş etməyib Şirkət bu ilin 1-ci yarısında topladığı hər 100 manat sığorta haqqının cəmi 0,34 manatını müştərilərinə geri qaytarıb.
Maliyyə
12 İyul , 2016 16:03
​Azərqarant Sığorta ötən ay ödəniş etməyib

Bakı. 12 iyul. REPORT.AZ/ Bu ilin 1-ci yarısında "Azərqarant Sığorta" ASC-nin daxilolmaları 195 444 manat təşkil edib. 

Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,78% çoxdur.

Hesabat dövründə "Azərqarant Sığorta"nın ödənişləri isə azalıb. Belə ki, şirkət altı ay ərzində 656 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 57,73% azdır.

Onu da qeyd edək ki, "Azərqarant Sığorta"nın bu ilin ilk 5 ayı üzrə ödənişləri də 656 manat təşkil edib. Başqa sözlə, şirkət iyun ayında ödəniş etməyib.

2016-cı ilin yanvar-iyununda "Azərqarant Sığorta" topladığı hər 100 manat sığorta haqqının cəmi 0,34 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyununda 1,14% olub.

"Azərqarant Sığorta" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 610 000 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 561 manat olan 10 000 səhm əsasında formalaşıb. 

Son xəbərlər

Orphus sistemi