"Azərpoçt"un əməkdaşları velosipeddən istifadə edəcək - ƏLAVƏ OLUNUB

"Azərpoçt"un əməkdaşları velosipeddən istifadə edəcək - ƏLAVƏ OLUNUB İlk xəbər saat 13:10-da verilib
Maliyyə
2866
20 May , 2020 13:45
Azərpoçtun əməkdaşları velosipeddən istifadə edəcək - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 13:10-da verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC 25 ədəd 3 təkərli velosipedin satın alınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 17-si, saat 12:00-a qədər, tender təkliflərini isə iyunun 25-i, saat 12:00-a qədər şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 72 ünvanında yerləşən baş ofisinə təqdim edə bilərlər. 

Tenderin nəticəsi iyunun 29-da, saat 12:00-da vahid dövlət satınalmaları portalında açıqlanacaq. 

***

Məsələ ilə bağlı "Azərpoçt"dan "Report"a bildirilib ki, Ümumdünya Poçt İttifaqının QSF (Xidmət Keyfiyyətinin Yüksəldilməsi) layihəsi çərçivəsində ayırdığı vəsait hər il olduğu kimi, bu il də məktub korrespondensiyasının inkişafına yönəldilir: "Layihəyə uyğun olaraq yük avtomobillərinin və 25 ədəd 3 təkərli velosipedlərin alınması nəzərdə tutulub. Əsas məqsəd regionlarda o cümlədən kəndlərdə məktubların çatdırılmasında operativliyi təmin etmək və keyfiyyəti daha da artırmaqdır. Belə ki, əvvəllər poçtalyonlar normativə uyğun olaraq gün ərzində 5 km məsafədə məktubları ünvana çatdırırdısa, velosiped vasitəsilə 15-20 km yol qət edərək bu işin öhdəsindən daha operativ gələcəklər. Hal-hazırda dünyanın bir çox ölkələrində o cümlədən Fransa, İsveçrə, Almaniya və Niderlandda bu təcrübədən istifadə olunur".

Son xəbərlər

Orphus sistemi