“Azərlotereya”nın xalis mənfəəti 73% artıb

Maliyyə
  • 20 iyul, 2022
  • 08:07
“Azərlotereya”nın xalis mənfəəti 73% artıb

“Azərlotereya” ASC 2021-ci ili 7,581 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 72,5 % çoxdur.

Ötən il “Azərlotereya”nın əsas əməliyyat (satışdan) gəlirləri 43,97 milyon manat (əvvəlki ilə nisbətən 2,5 dəfə çox), satışının maya dəyəri 23,096 milyon manat (2,3 dəfə çox), reklam və marketinq xərcləri 884 min manat (11,8 dəfə çox), inzibati xərcləri 5,955 milyon manat (2,4 dəfə çox), sair əməliyyat xərcləri 1,808 milyon manat (əvvəlki il gəlir olub), maliyyə gəlirləri 505 min manat (57,8 % çox), maliyyə xərcləri 48 min manat (11,6% çox), mənfəət vergisi ödəmələri isə 5,103 milyon manat (3,9 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərlotereya”nın aktivləri 31,874 milyon manat olub ki, bu da illik müqayisədə 2,9 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 5,8 dəfə artaraq 22,145 milyon manata, balans kapitalı isə 33,1 % artaraq 9,729 milyon manata çatıb.

Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə, ölkədə lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaları artırmaq və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Şirkət ötən ilin fevral ayında Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin idarəetməsinə verilib.

44 filmi