Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Azərkosmos" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb. “Report”un verdiyi xəbərə görə, bu barədə Bakı Fond Birjasının yaydığı məlumatda bildirilir.
Nominal dəyəri 20 manat olan 1 180 530 ədəd səhmdən ibarət emissiyanın ümumi həcmi 23 610 600 manat təşkil edir. Emissiyanın yerləşdirilməsində anderrayter qismində "PSG-Broker" MMC çıxış edəcək.
Bu emissiyanın tam yerləşdirilməsi nəticəsində "Azərkosmos"un nizamnamə kapitalı 59% artaraq 63,611 mln. manata çatdırılacaq.
Qeyd edək ki, "Azərkosmos" ASC 100% dövlətə məxsusdur, səhmdarı qismində isə Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir.