"Azərkontrakt" xalis mənfəətini 77 % artırıb

"Azərkontrakt" xalis mənfəətini 77 % artırıb Dövlət Kontrakt Korporasiyası - "Azərkontrakt" ASC 2022-ci ili 148,104 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
1 İyun , 2023 11:16
Azərkontrakt xalis mənfəətini 77 % artırıb

Dövlət Kontrakt Korporasiyası - "Azərkontrakt" ASC 2022-ci ili 148,104 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 77,4% çoxdur.

Ötən il "Azərkontrakt"ın təbii qaz satışından gəlirləri 1 milyard 674,715 milyon manat (əvvəlki ilə nisbətən 39,6% çox), satışının maya dəyəri 1 milyard 408,609 milyon manat (37,3% çox), nəqletmə xərcləri 74,646 milyon manat (25,7 % çox), qazın yeraltı anbarlara vurulması xərcləri 13,678 milyon manat (11,3% az), anbarlardakı itkilərə görə zərəri 7,261 milyon manat (28,1 % çox), anbarlardan qazın götürülməsi xərcləri 11,277 milyon manat (2,8 dəfə çox), magistral xətlərdəki itkilərə görə zərəri 4,793 milyon manat (32,8 % çox), texnoloji sərfiyyat xərcləri 1,949 milyon manat (36,7% az), işçi heyəti ilə bağlı xərcləri 1,158 milyon manat (17,8 dəfə çox), tranzit haqları xərci 59 min manat (52,8 dəfə az), qaz nəqlindən gəlirləri 34,774 milyon manat (35,7 % çox), faiz gəlirləri 1,361 milyon manat (əvvəlki il olmayıb), faiz xərcləri 825 min manat (10,7 % çox), digər xərcləri 1,378 milyon manat (3,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 37,114 milyon manat (77,8 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Azərkontrakt"ın aktivləri 572,701 milyon manat olub ki, bu da illik müqayisədə təxminən 59,8 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 24,1 % artaraq 341,092 milyon manata, balans kapitalı isə 2,8 dəfə artaraq 231,609 milyon manata çatıb.

"Azərkontrakt" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,539 milyon manatdır. Səhmdar cəmiyyəti 3 ildir ki, ölkədə təbii qazın istehsalçılardan satın alınması, nəqli, ölkə daxilində paylanması və istehlakçılara satışnın təşkil edilməsi ilə məşğuldur.

Son xəbərlər

Orphus sistemi