"Azəristiliktəchizat" auditor seçir

Maliyyə
  • 11 mart, 2022
  • 08:46
Azəristiliktəchizat auditor seçir

"Azəristiliktəchizat" ASC 2021-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 7-si, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 15-i, saat 13:00-a qədər dövlət satınalmalarının vahid internet portaslı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin nəticəsi aprelin 18-də, saat 16:00-da portalda açıqlanacaq.