“Azərişıq” nizamnamə kapitalını 28% artıracaq

“Azərişıq” nizamnamə kapitalını 28% artıracaq Kapital artımı əlavə ödənilmiş kapital və əvvəlki illərdə Maliyyə Nazirliyindən alınmış borcun nizamnamə kapitalına yönəldilməsi hesabına baş tutacaq
Maliyyə
26 May , 2021 13:04
“Azərişıq” nizamnamə kapitalını 28% artıracaq

Bu il “Azərişıq” ASC nizamnamə kapitalını 470,8 milyon manat və yaxud 28,05% artıraraq 1 678,7 milyon manatdan 2 149,5 milyon manata çatdıracaq.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, 2019-cu ildə səhmdar cəmiyyəti Nazirlər Kabinetinin göstərişi əsasında nizamnamə kapitalının artırılması üçün tədbirlərə başlasa da, dövlət orqanlarındakı struktur dəyişiklikləri ilə əlaqədar proses 2020-ci ildə tamamlanmayıb, 2021-ci ildə başa çatdırılması gözlənilir. Kapital artımı 325,8 milyon manat məbləğində əlavə ödənilmiş kapital və əvvəlki illərdə Maliyyə Nazirliyindən alınmış 145 milyon manat borcun nizamnamə kapitalına yönəldilməsi hesabına baş tutacaq. Həmin borcun öhdəlikdən kapitala keçirilməsi şirkətin xalis dövriyyə kapitalının təxminən 70 milyon manat artmasına səbəb olacaq.

Son xəbərlər

Orphus sistemi