"Azərişığ"ın xalis mənfəəti 4 dəfədən çox artıb

Maliyyə
  • 06 may, 2022
  • 05:31
Azərişığın xalis mənfəəti 4 dəfədən çox artıb

"Azərişıq" ASC 2021-ci ili 12,666 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 4,4 dəfə çoxdur.

Ötən il səhmdar cəmiyyətinin elektrik enerjisinin satışından gəlirləri 1 milyard 325,006 milyon manat (əvvəlki ilə nisbətən 9 % çox), satışının maya dəyəri 1 milyard 162,279 milyon manat (9,7 % çox), paylama xərcləri 46,760 milyon manat (1,1 % çox), inzibati xərcləri 75,352 milyon manat (12,3 % çox), ticari debitor borcları üzrə dəyərsizləşmə zərəri 12,914 milyon manat (34 % az), sair xərcləri 2,678 milyon manat (3,8 dəfə çox), sair gəlirləri 4,226 milyon manat (61,2 dəfə çox), xalis maliyyə xərcləri 10,404 milyon manat (26,3 % az), mənfəət vergisi ödəmələri isə 6,179 milyon manat (3,8 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Azərişığ"ın aktivləri 2 milyard 654,168 milyon manat olub ki, bu da illik müqayisədə 9,2 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 9 % azalaraq 698,655 milyon manata düşüb, balans kapitalı isə 17,7 % artaraq 1 milyard 955,512 milyon manata çatıb.

Xatırladaq ki, "Azərişıq" ölkə Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəcamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 678,705 milyon manatdır.

Son xəbərlər

Bütün Xəbər Lenti