Azərbaycanda daha bir kredit təşkilatı rebrendinq edib

Azərbaycanda daha bir kredit təşkilatı rebrendinq edib Bakı. 31 dekabr. REPORT.AZ/ “Azəri Star Mikromaliyyə” MMC bank olmayan kredit təşkilatı (BOKT) adını “Ecofinance”a dəyişib.
Maliyyə
31 Dekabr , 2018 11:32
Azərbaycanda daha bir kredit təşkilatı rebrendinq edib

Bakı. 31 dekabr. REPORT.AZ/ “Azəri Star Mikromaliyyə” MMC bank olmayan kredit təşkilatı (BOKT) adını “Ecofinance”a dəyişib.

“Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, bir qədər əvvəl bu kredit təşkilatının təsisçisi və qanuni təmsilçisi də dəyişmişdi

“Azəri Star Mikromaliyyə” 2018-ci ildə rebrendinq etmiş yeganə BOKT deyil. Bu il həmçinin "Səba Kredit" MMC adını "Asel Kredit"ə dəyişib.

Bundan başqa, bu gün yola saldığımız il ərzində "Bank Silk Vey" ASC adını "Premium Bank" ilə, Lənkəran şəhərində fəaliyyət göstərən "İnam Kredit İttifaqı" MMC isə adını "İdeal Kredo Kredit İttifaqı" ilə əvəz edib

Son xəbərlər

Orphus sistemi