“AzerGold” yarım illik maliyyə göstəricilərini açıqlayıb

Maliyyə
  • 08 avqust, 2024
  • 07:00
“AzerGold” yarım illik maliyyə göstəricilərini açıqlayıb

“AzerGold” QSC bu ilin I yarısını 1,051 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti ötən ilin eyni dövründən 1,171 milyon ABŞ dolları xalis zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, yanvar-iyun aylarında “AzerGold”un satışdan gəlirləri 52,1 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 29,1 % çox), satışının maya dəyəri 39,372 milyon ABŞ dolları (21,8 % çox), ümumi və inzibati xərcləri 10,049 milyon ABŞ dolları (0,4 % az), digər xərcləri 345 min ABŞ dolları (4,9 dəfə az), faiz xərcləri 1,124 milyon ABŞ dolları (əvvəlki il gəlir olub), mənfəət vergisi ödəmələri isə 159 min ABŞ dolları (2,6 dəfə çox) təşkil edib.

Bu il iyulun 1-nə “AzerGold”un aktivləri 459,03 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 16,2 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 2,1 % artaraq 140,848 milyon ABŞ dolları, balans kapitalı isə 23,8 % artaraq 318,182 milyon ABŞ dolları, o cümlədən nizamnamə kapitalı 3,7 dəfə azalaraq 36,771 milyon ABŞ dolları olub.

Xatırladaq ki, “AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.