“AzerGold” 2,5 milyon manatlıq tenderlərə yekun vurub

“AzerGold” 2,5 milyon manatlıq tenderlərə yekun vurub “AzerGold” QSC elan etdiyi ümumi dəyəri 2,46 milyon manat olan 5 açıq tenderə yekun vurub.
Maliyyə
2 May , 2020 11:26
“AzerGold” 2,5 milyon manatlıq tenderlərə yekun vurub

“AzerGold” QSC elan etdiyi ümumi dəyəri 2,46 milyon manat  olan 5 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, bunlar layihə-smeta sənədlərinin hazırlanmasına dair xidmətlərin satınalınması (1), Ağyoxuş və Tülallar filiz yataqları layihəsi üçün “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ)” sənədlərinin hazırlanması və müvafiq icazələrin alınması üzrə xidmətlərin satınalınması (2), fərdi mühafizə vasitələri və xüsusi geyimlərin satın alınması (3), Qurğu və avadanlığların pasportlarının tərtib edilməsi və qurğu və avadanlıqlara texniki təhlükəsizlik tələblərinə uyğunluq sertifikatlarının alınmasına dair (4), Filizçay sahəsi üzrə hidroloji monitorinq xidmətinin satınalınması (5) ilə bağlıdır. 

Tenderlərin qalibi müvafiq olaraq “Himmen Construction” MMC, “İqlim LTD” MMC, “Debet Uniforum” MMC, “Predsol” MMC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 992 min manat, 1,23 milyon manat, 110,8 min manat və 125 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi