"Azərenerji" ötən il ixrac üzrə ilk üçlükdə təmsil olunub

"Azərenerji" ötən il ixrac üzrə ilk üçlükdə təmsil olunub Bakı. 1 fevral. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin yanvar sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi açıqlanıb.
Maliyyə
149
1 Fevral , 2019 11:26
Azərenerji ötən il ixrac üzrə ilk üçlükdə təmsil olunub

Bakı. 1 fevral. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin yanvar sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi açıqlanıb.

“Report”un məlumatına görə, 2018-ci ilin yanvar-dekabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda müxtəlif biznes subyektlər təmsil olunurlar.

Bunlar “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" MMC, "Kapitan Fruits" MMC, “Food Export Şəmkir” MMC, “Azfruittrade” MMC, “Sun Food” MMC, "TST Export" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC və "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC-dir.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda bir sıra digər şirkətlər təmsil olunurlar. Bunlara "Det-al Alüminium" MMC, "Azərenerji" ASC, "Azergold" QSC, "SOCAR Methanol" MMC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, “Geofizika və Geologiya İdarəsi” və Naxçıvan MR Dövlət Energetika Xidməti daxildir.

Son xəbərlər

Orphus sistemi